İdman
Osimhenlə bağlı bu xəbər aranı qatdı: Açıqlama yaydı
"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen Nigeriya millisinin baş məşqçisi Erik Şellenin açıqlamalarından sonra qalmaqalın mərkəzində olub.
Publika.az xəbər verir ki, mütəxəssis əvvəllər oyunçunu yoldaşlıq oyunları üçün milli komandaya niyə çağırmadığını izah etmiş və klub dəyişikliyi ilə bağlı vəziyyətin onun diqqətini cəmləşdirməsinə təsir edə biləcəyini bildirmişdi:
"Əgər Viktorun fikri tamamilə buna yönəlməyibsə, onun oynamağa çıxmaqdansa, evdə qalmasını üstün tutardım".
Bu açıqlamalardan sonra “Sporx” hücumçu ilə "Çelsi"nin maraqlandığını, lakin "Qalatasaray"a hələlik rəsmi təklif göndərilmədiyini bildirib.
Mənbələrə görə, Türkiyə klubu oyunçunu 150 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
Osimhen özü daha sonra vəziyyətə reaksiya verərək məşqçi ilə söhbətinin səhv başa düşüldüyünü söyləyib.
Hücumçu sosial media paylaşımında yazıb: "Erik Şelle ilə onun şərhləri ilə bağlı telefonla danışdım. Təəssüf ki, onun sözləri kontekstdən çıxarılıb və vəziyyət həddindən artıq şişirdilib. O, "Qalatasaray"a böyük hörmət bəsləyir, oyunlarımızı müntəzəm olaraq izləyir və heç bir mübahisəyə səbəb olmaq niyyətində deyildi. Hər kəsdən bu şayiələrə məhəl qoymamağı xahiş edirəm".
Müəllif: Tural
-
Hadisə21:26Şirvan suvarma kanalı yarıldı - Xüsusi texnika cəlb olundu
-
Hadisə19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik















.webp)









.jpg)

.jpg)








