İdman
Məşhur futbolçu karyerasını bitirdi: 40 yaşında - FOTO
Fransa millisinin və “Marsel”in sabiq hücumçusu Andre-Pyer Jinyak karyerasını bitirib.
Publika.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb.
KONKAKAF Çempionlar Liqasının finalında “Toluka”ya qarşı oyun “Tiqres”in 40 yaşlı hücumçusunun peşəkar karyerasında sonuncu olub.
Həlledici matçda fransız futbolçunun komandası penaltilərdə məğlub olub (1-1, penaltilərdə 5-6).
O, son 11 mövsümü Meksika liqasında keçirib və “Tiqres”də oynayıb. Hücumçu 444 oyunda 219 qol vurub. “Tiqres”lə beş Meksika çempionluğunu və KONKAKAF Çempionlar Liqasını qazanıb.
Futbol karyerası ərzində Jinyak Fransanın “Loryan”, “Tuluza” və “Marsel” komandalarında oynayıb.
Jinyak Fransa millisində 36 oyun keçirib və 7 qol vurub. Hücumçu Avro 2016-da gümüş medal qazanıb və 2010-cu ildə Cənubi Afrikada keçirilən Dünya Kubokunda oynayıb.
-
Hadisə19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu























.jpg)


.jpg)








