İdman
50 milyon bahalaşdı: Liqa 1-in ən bahalı futbolçusu gürcü oldu
Nüfuzlu “Transfermarkt” saytı Fransa Liqa 1-də çıxış edən oyunçuların qiymətlərini yeniləyib.
Publika.az xəbər verir ki, ən böyük dəyər artımı PSJ-nin qanad oyunçusu Xviça Kvaratsxeliyada olub. O, 50 milyon avro bahalaşaraq, hazırda 140 milyon avro dəyərində qiymətləndirilir. Bu, gürcünü liqanın ən bahalı oyunçusu edir. Komanda yoldaşları Vitinya və Joao Neves də 30 milyon avro bahalaşıblar.
PSJ-nin qapıçısı Matvey Safonovun dəyəri 22 milyon avrodan 30 milyon avroya yüksəlib. Rusiyalı qapıçı indi Liqa 1-in ən bahalı qapıçısı titulunu “Lans”ın oyunçusu Robin Risser ilə bölüşür. Bu arada, Safonovun PSJ-dəki rəqibi Lukas Şevalyenin dəyəri 5 milyon avro azalaraq 30 milyon avrodan 25 milyon avroya düşüb.
Xatırladaq ki, şənbə günü PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.
2025/26 mövsümündə Fransa çempionatında Paris klubu qızıl medal qazanaraq tarixində 14-cü çempionluq titulunu əldə edib. Kvaratsxeliya 28 oyunda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Safonov 15 oyunda 8 dəfə qapısını toxunulmaz saxlayıb və 14 qol buraxıb.
-
Hadisə19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu























.jpg)


.jpg)








