İdman
Əfsanə Slovakiya nəhəngini çalışdıracaq?
“Mançester Siti” və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Yaya Ture “Slovan Bratislava”nın baş məşqçisi təyin olunmağa yaxındır.
Publika.az “Sky Sports”a istinadla xəbər verir ki, tərəflər artıq əməkdaşlığın şərtləri barədə razılığa gəliblər. Bu, 43 yaşlı mütəxəssisin baş məşqçi kimi ilk təcrübəsi olacaq.
Ture əvvəllər Rusiya, Ukrayna, Belçika və İngiltərə klublarının məşqçi heyətində çalışıb, həmçinin Səudiyyə Ərəbistanı milli komandasında köməkçi olub.
Slovakiya liqasında çıxış edən “Slovan” qarşıdan gələn Çempionlar Liqasının seçmə mərhələsində də iştirak edəcək. Əgər onun təyinatı rəsmi olaraq təsdiqlənərsə, Ture klubu yarışın əsas mərhələsinə çıxarmaq vəzifəsini daşıyacaq. “Slovan”ın əvvəlki məşqçisi Vladimir Vays beş illik rəhbərlikdən sonra klubdan ayrılaraq Slovakiya milli komandasına keçib.
-
Avropa07:30Monastırda sensasion kəşf
-
Magazin206:1650 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı
-
Sağlamlıq02:42Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad































.jpg)







