İdman
“Arsenal”dan eşşəklərə unikal hədiyyə - FOTOLAR
“Arsenal”ın ulduzları Şimali Amerikada keçirilən Dünya Kubokunda milli komandalarının rənglərini qoruyarkən, İngiltərə çempionu xeyriyyəçilik işlərinə başlayıb.
Publika.az xəbər verir ki, klub futbolçuların formalarından təxminən 40 cüt istifadə olunmamış corabı atları və eşşəkləri xilas edən xeyriyyə təşkilatı “Redwings Horse Sanctuary”a bağışlayıb.
Məlum olub ki, bu corablar yay aylarında eşşəklərin ayaqlarını infeksiyalardan və həşərat sancmalarından qorumağa kömək edir.
Sığınacağın sözçüsü Cenni Herod BBC-yə bildirib ki, təşkilat illər ərzində müxtəlif ianələr alıb, lakin “topçular”ın hədiyyəsi, şübhəsiz ki, ən qeyri-adi hədiyyələrdən biri olub.



Herod peşəkar futbol corablarının heyvanlara necə kömək edəcəyini izah edib:
“İsti havalarda eşşəklər xüsusilə milçəklərdən əziyyət çəkir: həşəratlar heyvanların ayaqlarına hücum edir, ağrılı yaralar buraxır və qıcıqlanmaya səbəb olur. Ayaq isidiciləri dərini qorumağa və eşşəklərin sağlam qalmasına kömək edir.”
Sığınacaq hesab edir ki, bu təşəbbüs “Arsenal”ın ulduzu Kay Havertsdan gəlmiş ola bilər.
Alman uzun müddətdir ki, eşşəklərə olan sevgisi ilə tanınır: uşaq ikən o, tez-tez doğma şəhərinin yaxınlığındakı xilas edilmiş heyvanlar üçün sığınacağa baş çəkir və eşşəklərə özü qulluq edirdi.
Kay “Arsenal”dakı bəzi komanda yoldaşlarının onu eşşək adlandırdığını bildirib. Lakin alman eşşəkləri gözəl və ağıllı heyvanlar hesab etdiyi üçün incimir. Havertsin kolleksiyasında eşşəklərlə çoxlu fotoları var.



-
Region15:10Ermənistanın "dolu lənət"i davam edir - VİDEO
-
Region14:5313 yaşlı qız enerji içkilərinin qurbanı oldu - Futbol klublarına çağırılırmış
-
Region14:14Turistlər Opera Teatrının qarşısında ölümcül döyüldülər - VİDEO
-
Avropa13:50Qara dənizdə nə baş verir? - NATO təyyarəsindən qeyri-adi uçuş
-
Ekologiya13:20Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə13:00Xəstəxanaların həyətində xoşagəlməz görüntülər - Orqan qalıqları... (VİDEO)
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə



































