İdman
İranlı məşqçi: “Azərbaycanlı güləşçilərə güvənirəm”
Ölkəmizdə keçiriləcək İlk Avropa Oyunlarında güləşçilərimizdən də uğurlu nəticələr gözlənilir. İdmançılarımız vətəndə baş tutacaq bu mötəbər turnirdə bizi sevindirmək üçün güclərini ortaya qoyacaqlar.
Yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Cəmşid Xeyrabadi Publika.az-a açıqlamasında böyük turnirlər ərəfəsində komandanın vəziyyətindən və keçirilən məşqlərdən danışdı:
“Hər gün fərqli məşq proqramlarımız var. Qarşıda bizi çətin sınaq gözləyir. Belə ki, bu il 2 önəmli turnirdə iştirak edəcəyik. Öncə Bakıda keçiriləcək I Avropa Oyunlarıdır ki, burada qələbə qazanmaq çox önəmlidir. Digəri də dünya çempionatıdır, oradan da 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazana bilərik.
Dediyim kimi, bu il bizim əsas hədəflərimizdən biri Bakıda keçiriləcək Avropa Oyunlarında qızıl medal qazanmaqdır. Söz veririk ki, Azərbaycanın qüruru olacağıq. Avropa Oyunlarında yunan-Roma güləşçiləri 8 çəki dərəcəsində döşəyə çıxacaq. Bu idmançıların hər birinə güvənirəm. Bundan əlavə, 8 idmançını yarışlara göndərəcəm və onların güləşlərini izləyəcəm. Seçim üçün onların nəticələrinə, çıxışlarına baxacağıq. Yenə də seçimdə çətinlik olsa, öz aralarında yarış keçirəcəyik. Bu variant 59 çəki dərəcəsində ola bilər. Onu da bildirim ki, ağır çəkidə yaxşı azərbaycanlı güləşçi tapmaqda problemimiz var. Amma Səbah Şəriəti ilə də bu çəki dərəcəsindəki problemimizi həll etmişik. O, mənim İranda olan tələbəmdir. 134 kq-da çıxış edir. Onun yaşı azdı, amma Avropa və dünya çempionu olmağa qadirdir. Bir sözlə, əsas məqsəd Azərbaycanın bayrağını yüksəklərə qaldırmaqdır”.
Qeyd edək ki, yanvarın 31-dən fevralın 1-nə kimi Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran-Pri 2-ci beynəlxalq turniri keçiriləcək. Yarışda hər üç güləş növü üzrə yığma komandalarımız ölkəmizi təmsil edəcək.
Proqram
31 yanvar
Qadınlar: 48 kq, 55 kq, 60 kq, 69 kq
Yunan-Roma: 66 kq, 71 kq, 80 kq, 98 kq
Sərbəst: 57 kq, 65 kq, 74 kq, 97 kq
1 fevral
Qadınlar: 53 kq, 58 kq, 63 kq, 75 kq
Yunan-Roma: 59 kq, 75 kq, 85 kq, 130 kq
Sərbəst: 61 kq, 70 kq, 86 kq, 125 kq
Aygün İlqarqızı
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO