İdman
DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu - YENİLƏNDİ
Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.
Publika.az xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.
Qolları Mikel Oyarsabal (22) və Pedro Porro (58) vurublar.
İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə - Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.
xxx
00:15
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 2:0.
58-ci dəqiqədə Pedro Porro fəqlənib.
xxx
23:24
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabda irəli çıxıblar - 1:0.
22-ci dəqiqədə Mikel Oyarsabal penalti zərbəsini dəqiq yerinə yetirib.
23:00
xxx
23:00
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyunu başlayıb.
Publika.az xəbər verir ki, yarımfinal mərhələsinin matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı
-
Region10:10Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi
-
Rəsmi xronika10:06Elçin Babayev rektor vəzifəsindən azad edildi
-
Tarix09:58150 il əvvəl batmış gəminin izləri tapıldı - Dənizçilərin sağ qalma hekayəsi
-
Dünya09:15Mənim dostumdur - Trampla Putinin görüşü başladı
-
Nida Xəbər 09:12Tanınmış vəkil narkotiklə saxlanıldı - FOTO
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır


































