Sosial
Erməni turist Bakıdakı 5 günündən danışdı
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.
Publika.az xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist “Instagram”da öz səfəri haqqında geniş paylaşımlar edərək minlərlə istifadəçinin diqqətini çəkib.
Olqa səfərdən öncə böyük narahatlıq keçirdiyini və müxtəlif rəsmi qurumlara müraciət etdiyini bildirib:
“Ən əsası onu demək istəyirəm ki, başlanğıcda bu səfərə maksimum dərəcədə hazırlaşmışdım. Mümkün olan bütün xidmətlərə yazmaq qərarına gəldim və hamısı mənə cavab verdi: əlbəttə ki, sizi gözləyirik, gəlin, heç bir problem yaşanmayacaq”.
Sərhəd keçidi zamanı gözlədiyindən də rahat qarşılandığını deyən Tamazyan təəssüratlarını bölüşüb:
“Hava limanına çatanda şokda idim. Sərhədçilər bizi çağırdılar, baş zabiti dəvət etdilər. O, sadəcə harada qalacağımızı soruşdu və vəssalam. Bu, cəmi beş dəqiqə vaxtımızı aldı”.
Tamazyan vurğulayıb ki, Bakıda olduqları müddətdə mehmanxanada, taksidə və şəhərin müxtəlif yerlərində erməni soyadlarını görmələrinə baxmayaraq, bir nəfərdən belə mənfi münasibət və ya mənfi söz eşitməyiblər. Bakıda Zəfər Parkını da ziyarət edən turist qeyd edib ki, onun şəxsi təcrübəsi əvvəllər onda olan qorxuları tamamilə alt-üst edib. (Qafqazinfo)
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto

































