İdman
“Qarabağ”dan azarkeşlərinə şad xəbər! – Tezliklə…
“Qarabağ” Futbol Klubu azarkeşləri üçün növbəti xoş sürprizə hazırlaşır.
Publika.az xəbər verir ki, klubun yeni rəsmi Fan Shop mağazası paytaxtın ən məşhur ticarət mərkəzlərindən biri olan 28 Mall-da fəaliyyətə başlayacaq.
Müasir konsepsiyada yaradılan yeni mağazada “Qarabağ” FK-nın rəsmi oyun formaları, məşq və gündəlik geyimləri, fan atributları, aksesuarlar, suvenirlər və digər lisenziyalı məhsullar satışa çıxarılacaq. Yeni Fan Shop azarkeşlərin klubun rəsmi məhsullarına daha rahat və əlçatan şəkildə sahib olmasına imkan yaradacaq.
Fan Shop-un açılışının avqust ayının ortalarında baş tutması gözlənilir. Açılışın dəqiq tarixi, keçiriləcək xüsusi tədbirlər və azarkeşlər üçün nəzərdə tutulan kampaniyalar barədə məlumat yaxın günlərdə “Qarabağ” FK-nın rəsmi informasiya resurslarında açıqlanacaq.
Yeni Fan Shop-un istifadəyə verilməsi klubun azarkeşlərə daha yaxın olmaq, onlara keyfiyyətli xidmət göstərmək və “Qarabağ” brendinin inkişafını davam etdirmək istiqamətində atdığı mühüm addımlardan biridir.
-
ABŞ21:48Putin Trampın xanımına müraciət etdi - “Heç bir istehza olmadan...”
-
Nəqliyyat21:24Tbilisiyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni qaydalar tətbiq olunur
-
Magazin120:36Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
İdman20:00Azərbaycan Lixtenşteynə qarşı - CANLI / YENİLƏNİR
-
Magazin218:48Adriana Limanın yeni videosu izləyiciləri dəhşətə gətirdi - VİDEO
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi











.jpg)




















.jpg)

