İdman
Masaj terapevti Maradonanın son günlərindən DANIŞDI
Dieqo Maradonanın masaj terapevti Nikolas Taffarel argentinalı futbolçunun ölüm səbəbləri ilə bağlı məhkəmədə çıxış edib və onun həyatının son günləri barədə təfərrüatları açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Taffarel iclasda bildirib ki, Maradona vəfatından bir gün əvvəl demək olar ki, çarpayıdan qalxmayıb və güclü ödemlərdən əziyyət çəkib. O, futbolçunun yeməkdən imtina etdiyini, otaqdan çıxmaq, çimmək və şəxsi gigiyenasına riayət etmək istəmədiyini söyləyib. Masaj terapevti onu çölə çıxmağa və bir az içki içməyə dilə tutmağa çalışıb, lakin Maradona heç nə istəmədiyini bildirib.
Taffarel həmçinin qeyd edib ki, o, həkimlər heyətinin diqqətini idmançının ayaqlarındakı ödemə cəlb edib. Onun sözlərinə görə, Maradonanın ayaqları güclü şəkildə şişmişdi, lakin həkimlər masaj terapevtini əmin etmişdilər ki, bu əlamətlər keçib gedəcək. Buna baxmayaraq, futbolçunun səhhətində heç bir yaxşılaşma baş verməyib.
Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib. Ölümün səbəbi ağciyər ödeminə səbəb olan kəskin ürək çatışmazlığı olub.
Hüseyn İbadlı
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi










.webp)















.jpg)






.jpg)


