İdman
UEFA İnfantinonun sevgilisinə nə qədər pul ödəyib? - Məbləğ açıqlandı
UEFA-nın hazırda FIFA-ya rəhbərlik edən Canni İnfantinonun sevgilisi olduğu iddia edilən qadına ödədiyi məbləğ açıqlanıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, qurum həmin qadına 150 min funt sterlinqdən çox kompensasiya ödəyib.
Canni İnfantinonun sevgilisi olduğu ehtimal edilən qadın 2011-ci ildə UEFA-dan ayrıldıqdan sonra təşkilatdan 150 min funt-sterlinqdən (175 min avro) çox kompensasiya alıb.
Bu məbləğə, xüsusilə, biznes məktəbində MBA proqramı üzrə təhsil xərcləri daxil olub. Bundan əlavə, qadının UEFA-da işlədiyi dövrdə maaşı təxminən 25 min funt sterlinq (29 min avro) artıb. Bu artım onun İnfantino ilə münasibətdə olduğu müddətdə inzibati vəzifədən rəhbər vəzifəyə keçirilməsindən sonra baş verib.
Daha əvvəl UEFA-nın hazırda FİFA prezidenti olan İnfantinonun təşkilatda baş katib vəzifəsində çalışdığı dövrdə onun sevgilisi olduğu ehtimal edilən qadına altı rəqəmli kompensasiya ödədiyi barədə məlumat yayılmışdı. Bununla əlaqədar UEFA İnfantinonun təşkilatda çalışdığı 16 il ərzindəki fəaliyyətinin araşdırılması imkanını nəzərdən keçirir.
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ























.jpg)








.jpg)



