İdman
“Barsa” daha bir çətin işə girişdi - Alınacaq?
“Barselona” argentinalı hücumçu Xulian Alvares üçün alternativ tapıb.
Onun “Atletiko Madrid”dən transferi Madrid klubunun mövqeyi səbəbindən çətinləşir.
Publika.az xəbər verir ki, “Sport.es”in məlumatına görə, “İnter”in hücumçusu Lautaro Martines “Barselona” üçün mümkün “B Planı” kimi diqqət mərkəzindədir və əgər yaxın günlərdə Alvareslə bağlı heç bir irəliləyiş olmazsa, bu variantı nəzərdən keçirəcək.
Mənbənin sözlərinə görə, “Barselona” üçün problem Lautaronun transferinin də çətin olmasıdır. Oyunçunun “İnter”lə 2029-cu ilin iyun ayına qədər müqaviləsi var. Ötən ilin may ayında oyunçunun özü açıq şəkildə transferi rədd etmişdi və “İnter”in prezidenti Cüzeppe Marotta “Barselona” ilə hər hansı danışıqların aparıldığını qəti şəkildə təkzib etmişdi.
Mediada yayılan məlumatlara görə, “İnter” Martinesi təxminən 120 milyon avroya satmağa hazırdır.
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi










.webp)















.jpg)






.jpg)


