İdman
“Qarabağ”ın oyununa bilet satışı erkən dayandırılacaq
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və “Tvente” (Niderland) futbol klubları arasında keçiriləcək cavab oyununun başlamasına bir saat qalmış stadionun kassalarında bilet satışı dayandırılacaq.
Publika.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar oyunöncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib.
Klub azarkeşlərdən biletlərini əvvəlcədən əldə etmələrini xahiş edib.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək.
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı

















.png)















