İdman
"Milan"ın sahibi: Klubu heç vaxt satmaram!
“Milan”ın sahibi Cerri Kardinale komandaya maliyyə yatırımlarını artırmaq niyyətindədir.
Publika.az xəbər verir ki, o, bu barədə “Gazzetta dello Sport”a verdiyi müsahibədə bildirib.
“Əsas məqsəd “Milan”a transfer bazarında rəqabət aparmaq və dünyanın ən yaxşı oyunçularını əldə etmək üçün lazım olan maliyyə resurslarını verməkdir. Bir oyunçu ilə müqavilə bağlamaq istəyəndə heç kimin mənə “Sənin pulun yoxdur” deməməsi üçün əlimdən gələni edirəm. Hazırda yalnız Premyer Liqa klubları bu cür pul yatırmaq iqtidarındadır”.
İş adamı həmçinin klubu satmaq niyyətində olmadığını və onu mümkün qədər tez əvvəlki səviyyəsinə qaytarmaq istədiyini vurğulayıb.
“Klubu heç vaxt satmaram. “Milan”ı şanlı günlərinə qaytarmaq istəyirəm və bunun uzun müddət çəkəcəyini qəbul etmək niyyətində deyiləm. Buna mümkün qədər tez nail olmaq istəyirəm. Məqsədim müntəzəm olaraq liqanı qazanmaq və əlbəttə ki, Çempionlar Liqasına qayıtmaqdır “, – deyə Kardinale əlavə edib.
“Milan” hazırda Seriya A turnir cədvəlində 24 xalla dördüncü yerdədir. Lider “Latsio”nun isə 29 xalı var.
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir



















.png)
















