İdman
Messi vida üçün milliyə çağırıldı
“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina millisinin yoldaşlıq oyunları seriyası üçün heyətinə daxil edilib.
Publika.az xəbər verir ki, yığma sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso və oktyabrın 6-da Benin komandaları ilə qarşılaşacak. Beninlə matçın Messi üçün vidalaşma oyunu olacağı gözlənilir. Futbolçunun yolasalma mərasiminin Buenos-Ayresdəki “Monumental” stadionunda təşkili planlaşdırılır.
Avqustun 31-də Messi Argentina millisindəki karyerasını başa vurduğunu rəsmi olaraq elan edib. Hücumçu 2005-ci ilin avqustundan çıxış edib və bu müddət ərzində 207 matç keçirərək 125 qol vurub və milli komandanın tarixinin ən yaxşı bombardiri olub.
2026-cı il dünya çempionatında Messi səkkiz qol vurub və hesabında on qol olan Kilian Mbappeden sonra ikinci mövqedə qərarlaşıb. 2026-cı il futbol üzrə dünya çempionatının finalında İspaniya millisi Argentina komandasını 1:0 hesabı ilə məğlub edib. Görüşün əsas vaxtı heç-heçə (0:0) başa çatıb, ikinci əlavə vaxtda isə “Barselona”nın 26 yaşlı hücumçusu Ferran Torres yeganə qolun müəllifi olub.
“İnter”ə qədər Messi Fransanın “Paris Sen-Jermen” və dörd dəfə Çempionlar Liqasını, həmçinin üç dəfə UEFA Superkubokunu və klublararası dünya çempionatını qazandığı İspaniyanın “Barselona” klubunda çıxış edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR


















.jpg)

















