“Sınıq fənərlərin küçələri” teleserialının aktyoru vəfat etdi - FOTO
Bizi izləyin

Magazin2

“Sınıq fənərlərin küçələri” teleserialının aktyoru vəfat etdi - FOTO

“Sınıq fənərlərin küçələri” teleserialının aktyoru vəfat etdi - FOTO

“Sınıq fənərlərin küçələri” teleserialında rol alan teatr və kino aktyoru Vladimir Baranov 70 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Ryazan Dövlət Vilayət Gənc Tamaşaçılar Teatrı “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Əziz Vladimir Nikolayeviç, rahat uyuyun! Xatirəniz daim yaşayacaq! Hər şeyə görə təşəkkür edirik! Teatrın bütün kollektivi mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə məlumatda bildirilir.

Baranov 1976–1979-cu illərdə Yaroslavl Dram Teatrında çalışıb, daha sonra, 1979–1996-cı illərdə A. A. Bryantsev adına Gənc Tamaşaçılar Teatrında səhnəyə çıxıb. Bundan əlavə, aktyor “Milli Təhlükəsizlik Agentliyi”, “İstintaqın sirləri”, “Qanqster Peterburq”, “Sınıq fənərlərin küçələri” və digər teleseriallardakı rolları ilə tanınıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm