İdman
“Liverpul”dan 115 milyon funtluq transfer planı - İki futbolçu hədəfdə
“Liverpul” heyətini gücləndirmək üçün İngiltərə Premyer Liqasında çıxış edən “Brentford”un iki futbolçusunu transfer etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, “GOAL”ın məlumatına görə, Mersisayd təmsilçisi sağ cinah müdafiəçisi Maykl Kayode və hücumçu Kevin Şadeni transfer siyahısına daxil edib. Klubun hər iki futbolçu üçün ümumilikdə 115 milyon funt-sterlinq ödəyə biləcəyi bildirilir.
22 yaşlı Kayode 2025-ci ilin yanvarında “Fiorentina”dan əvvəlcə icarə əsasında “Brentford”a keçib. Həmin ilin yayında isə 15 milyon funt-sterlinq qarşılığında İngiltərə klubunun futbolçusu olub.
İtaliya millisində iki oyun keçirən Kayode “Brentford”dakı çıxışı ilə diqqət çəkib. Sağ cinah müdafiəçisi ilə yanaşı, lazım gəldikdə sol cinahda da oynaya bilən futbolçu sürəti, hücumlara qoşulması və müdafiədə etibarlı oyunu ilə seçilir.
Kayode ilə “Arsenal” və “Tottenhem”in də maraqlandığı qeyd olunur. Lakin hazırda futbolçuya ən ciddi maraq göstərən klubun “Liverpul” olduğu bildirilir.
Mersisayd təmsilçisinin digər hədəfi isə 24 yaşlı Kevin Şadedir. Almaniya millisinin üzvü Premyer Liqada mövsümə uğurlu başlayıb və ilk beş turda üç qol vurub.
“Brentford” Şadeni komandada saxlamaq üçün onunla yeni müqavilə üzrə danışıqlar aparır. Razılıq əldə olunmasa, “Liverpul”un hücumçunun transferi üçün təklif göndərə biləcəyi gözlənilir.
Məlumata görə, “Brentford” Şade üçün ən azı 60 milyon funt-sterlinq tələb edə bilər. Kayodenin isə 2032-ci ilə qədər qüvvədə olan müqaviləsi səbəbindən transfer qiymətinin 51-55 milyon funt aralığında olacağı gözlənilir.
Beləliklə, “Liverpul” hər iki futbolçunu transfer etmək üçün ümumilikdə 115 milyon funt-sterlinqə qədər vəsait xərcləyə bilər.
Kayodenin mümkün transferi sağ cinah müdafiəsində yaranan problemlərin həllinə kömək edə bilər. Jeremi Frimpong Trent Aleksander-Arnoldun yerini tam doldura bilməyib, Konor Bredli isə uzunmüddətli diz zədəsi səbəbindən hələ də meydana çıxa bilmir.
Hazırda Kayode ilə bağlı konkret danışıqların aparılmadığı, lakin “Liverpul”un rəsmi addım atmağa qərar verəcəyi təqdirdə prosesin sürətlənə biləcəyi bildirilir.
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?
-
Ekopublika.az09:00Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?






























.jpg)









.jpg)
