İdman
Türkiyədən gileyləndi: Hamı səni aldatmağa çalışır
Rusiyanın “Rodina” klubunun hücumçusu German Onuqha Türkiyədəki həyatı ilə bağlı danışıb.
Publika.az xəbər verir ki, Onuqha 2025/26 mövsümündə Türkiyənin “Kayserispor” klubunda oynayıb .
– Türkiyədə həyat necədir?
– Bütün Türkiyə adından danışa bilmərəm, amma söhbət konkret olaraq Kayseridən gedirsə, dəhşətlidir. Yumşaq desək, belədir.
– Niyə?
– Artıq bir neçə ildir ki, kokos suyu içirəm; o, mənə sağalmağa kömək edir. Sadəcə şəhərdə tapa bilməzsən, mövcud deyil. Penzada asanlıqla tapa bilərsən. Amma Kayseridə heç nə yoxdur. Yeməklərin keyfiyyəti dəhşətlidir, restoranlar da dəhşətlidir. Oradakı şərait xoşuma gəlmədi. Yaxşı taksilər yoxdur, hamı səni aldatmağa çalışır. Futbolçu olduğunu biləndə səni beş dəfə çox aldadırlar
– Məsələn?
– Bazara xurma almağa gedirsən. Təxmini qiyməti bilirsən. Amma sənin futbolçu olduğunu görüb qəsdən səni aldadırlar. Yaxud başqa bir nümunə: Mənim əvvəllər futbolçularla işləyən bir sürücüm var idi. Onun nə qədər qazandığını bilirdim – ayda 1300 avro. Müsahibədə ondan nə qədər qazandığını soruşdum. O dedi ki, 1600. Niyə yalan danışır? Aldatma budur və bu, hər yerdə var – “Match TV” Onuqhanın sözlərini sitat gətirib.
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı




































