İdman
Məşqçiyə göndərdiyi vida mesajı azarkeşləri qəzəbləndirdi
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin istefaya göndərilən baş məşqçi Maykl Karrikə vida mesajı göndərməsi azarkeşlər arasında qəzəbə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
İngilis məşqçinin istefasının rəsmi elanından bir neçə saat sonra portuqaliyalı yarımmüdafiəçi sosial mediada onunla şəklini paylaşıb və “Hər şey üçün təşəkkür edirəm, məşqçi” şərhini yazdı.
Bu jest “qırmızı şeytanlar”ın azarkeşləri arasında qəzəb fırtınasına səbəb olub və onlar kapitanın sözlərini ikiüzlülüyün zirvəsi hesab ediblər.
Azarkeşlər portuqaliyalının bir neçə həftə əvvəl mətbuatda onun necə açıq şəkildə alçaltdığını xatırladıblar. Azarkeşlər şərhlərdə sərt tənqidlər səsləndiriblər: “Görünməmiş həyasızlıq! Bütün mövsüm dəhşətli oynadın, indi isə məşqçiyə təşəkkür etmək üçün ləyaqətiniz var?” “Əvvəlcə Karriki atdınız, indi isə kədəri göstərirsiniz”.
Qəzəb oktyabr ayında baş verən hadisələrdən qaynaqlanırdı. O zaman Çempionlar Liqasında “Komo”ya 1:4 hesablı məğlubiyyətdən sonra Fernandes Karrikin taktiki planını açıq şəkildə şübhə altına almış, məşqçilər heyətini daha cəsarətli olmağa və risk etməyə çağırmışdı.
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Digər13:36Dini məktəbdə qalmaqal: Müəllim şagirdə təcavüz edirmiş - FOTO
-
MDB13:14Peskov: Putin əfv qərarı verərkən onun xəstəliyini və uşaqlarını nəzərə aldı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə12:08Sosial Xidmətlər Agentliyinin əməkdaşı qəfil vəfat etdi - FOTO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA













.jpg)










.png)









