“Çelsi”dən “Barselona”ya 180 milyon avroluq transfer təklifi - İki ulduzu istəyir
Bizi izləyin

İdman

“Çelsi”dən “Barselona”ya 180 milyon avroluq transfer təklifi - İki ulduzu istəyir

“Çelsi”dən “Barselona”ya 180 milyon avroluq transfer təklifi - İki ulduzu istəyir

İngiltərənin “Çelsi” klubu qış transfer pəncərəsində “Barselona”nın iki futbolçusunu heyətinə qatmaq üçün böyük məbləğdə təklif hazırlayır.

Publika.az xəbər verir ki, “Goal” nəşrinin məlumatına görə, London təmsilçisi Fermin Lopes və Jül Kunde transferləri üçün ümumilikdə 180 milyon avro xərcləməyi planlaşdırır.

Baş məşqçi Xabi Alonso mövsümün ikinci yarısında komandanın orta xəttini və müdafiəsini gücləndirmək niyyətindədir. Bu baxımdan 23 yaşlı Fermin Lopes əsas hədəflərdən biri hesab olunur. İspaniyalı yarımmüdafiəçinin transferi üçün təxminən 120 milyon avro təklif edilməsi nəzərdə tutulur. Alonso futbolçunun yüksək enerjisini, qol vurmaq bacarığını və hücumlara qoşulmaq xüsusiyyətlərini bəyənir.

“Çelsi”nin digər hədəfi isə Fransa millisinin üzvü Jül Kundedir. London klubu müdafiəçinin transferinə 60 milyon avro ayırmağı planlaşdırır. Həm sağ cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi mövqeyində çıxış edə bilən Kunde komandanın müdafiə xəttinə əlavə taktiki imkanlar qazandıra bilər.

“CaughtOffside” nəşrinin məlumatına görə, Kunde əsas heyətdə müntəzəm oynamaq imkanı əldə etmək üçün “Barselona”dan ayrılmağa əvvəlkindən daha müsbət yanaşır. Bununla belə, Kataloniya klubu hər iki futbolçunu gələcək planlarının vacib hissəsi hesab edir.

Qeyd edək ki, “Barselona”nın mövsümün ortasında iki əsas oyunçusunu buraxmağa isti yanaşmadığı bildirilir. Buna baxmayaraq, 180 milyon avroluq təklifin klub rəhbərliyinin qərarına təsir edə biləcəyi istisna olunmur. Hələlik tərəflər arasında rəsmi razılaşma barədə məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm