Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif
Bizi izləyin

İdman

Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif

Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif

Pep Qvardiola Kriştiano Ronaldonun Portuqaliya millisindəki karyerasını daha layiqli şəkildə başa vurmalı olduğunu bildirib. O, futbolçunun uzun illər ərzində qazandığı uğurlara uyğun vida mərasiminə layiq olduğunu düşünür.

Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə braziliyalı futbol əfsanəsi Romarioya müsahibəsində danışıb.

Qvardiolanın sözlərinə görə, Portuqaliya Futbol Federasiyası Ronaldonun milli komandadakı karyerasının sonunu xüsusi mərasimlə qeyd etməlidir.

“Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldoya layiqli vida hazırlamalıdır. Bunun üçün hər iki tərəf səy göstərməlidir. Belə möhtəşəm karyera fikir ayrılığı ilə başa çatmamalıdır. O, həmyerlilərinin sevgisini hiss edəcəyi bir mərasimə layiqdir. Ronaldonun futbol tarixindəki yeri müstəsnadır”, – deyə Qvardiola bildirib.

Digər tərəfdən, “Milan”ın sabiq baş məşqçisi Vinçenso Montella Kriştiano Ronaldonun vaxtilə İtaliya klubuna mümkün transferi barədə danışıb. O, “La Gazzetta dello Sport”a açıqlamasında həmin vaxt bu xəbərlərə inanmadığını söyləyib.

“Ronaldonun adı hallanırdı, amma buna heç vaxt inanmadım. Mənə fantastik futbol kimi gəlirdi”, – deyə Montella qeyd edib.

Qeyd edək ki, Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxışını davam etdirir. O, Asiya Çempionlar Liqasında “Əl-Sədd”lə oyunda penaltidən qol vuraraq peşəkar karyerasındakı qollarının sayını 987-yə çatdırıb. Beləliklə, portuqaliyalı futbolçu 1000 qol hədəfinə daha da yaxınlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm