Region
İranda 10 günə saxta spirtli içkidən 466 nəfər zəhərləndi - 32 nəfər ölüb
İranda son 10 gündə saxta spirtli içkidən 466 nəfər zəhərlənib, onlardan 32-si ölüb.
Publika.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü Səid Müntəzərül-Mehdi paylaşıb.
"Son 10 gün ərzində ölkənin beş əyalətində spirtli içkilərin qəbulu nəticəsində 466 nəfər zəhərlənib, onlardan 32 nəfəri həyatını itirib", - sözçü bildirib.
Onun sözlərinə görə, ötən 8 ay ərzində 4,5 milyon litrdən çox kustar üsulla hazırlanmış spirtli içki aşkar edilib, onların hazırlanması və paylanması cinayətləri ilə əlaqədar 41 mindən çox şəxs həbs olunub.
Sonuncu dəfə noyabrın 22-də İranın şimal-şərqindəki Nişapur şəhərində spirtli içkidən kütləvi zəhərlənmə faktı qeydə alınıb. O zaman zəhərlənən 33 nəfərdən üçü ölüb.
-
Magazin212:28Monika Belluççinin qızı məşhur jurnal üçün soyundu - FOTO
-
MDB12:04"Yamal"ın təyyarəsini ildırım vurdu
-
MDB11:34Donbasa gedən əsas təminat yolu bağlanır? – Strateji körpüyə zərbə endirildi
-
Magazin210:53Dünya şöhrətli rok ulduzu öldü – Koronavirusun fəsadları ilə mübarizə aparırdı
-
İqtisadi gündəm10:4210 ədədi 7 manata satılır – Yumurtanın ən baha və ucuz olduğu ölkələr bilindi
-
İdman09:10Çempionun mülkü yandı - FOTO
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var



































