“Barselona” – “Yuventus” matçını türklər idarə edəcək
Bizi izləyin

İdman

“Barselona” – “Yuventus” matçını türklər idarə edəcək

Futbol üzrə Çempionlar Liqasında İtaliyanın "Yuventus" və İspaniyanın "Barselona" klubları arasında keçiriləcək final matçının hakimləri müəyyənləşib.

Publika.az xəbər verir ki, iyunun 6-da Almaniyanın paytaxtı Berlindəki "Olimpiyaştadion"da təşkil olunacaq qarşılaşmaya türkiyəli hakimlər briqadası təyinat alıb.

Görüşün baş hakimi Cüneyt Çakır olacaq. 38 yaşlı referiyə Bahattin Duran və Tarık Ongün yan xətt, Hüseyin Göçek və Barış Şimşək əlavə köməkçi, Mustafa Əmrə Eyisoy ehtiyat köməkçi hakimlər qismində yardım edəcəklər. 4-cü hakim funksiyasını isə isveçli Yonas Eriksson yerinə yetirəcək.

Qeyd edək ki, Cüneyt Çakır 2006-cı ildən FİFA referisidir. O, indiyədək 70 beynəlxalq matç idarə edib. Bu mövsüm Çakır Çempionlar Liqasında 4, Avropa Liqasında 3 oyunda baş hakim olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm