İdman
Kikboksinq üzrə möhtəşəm çempionat başa çatdı
Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gənclər və Yeniyetmələr arasında keçirilən 21-ci Azərbaycan çempionatı başa çatıb.
Publika.az xəbər verir ki, mayın 25-27-si aralığında keçirilən çempionatda medal uğrunda olduqca gərgin və maraqlı anlar yaşanıb. Bütün komandaların idmançılarında yüksək ruh müşahidə edilib. Kikboksinq üzrə 21-ci Azərbaycan Kuboku uğrunda gedən çempionatda “Neftçi” idman klubu bütün rəqiblərini geridə qoyaraq, qızıl medalların sayına görə birincilik əldə edib. Belə ki, klub 6 qızıl, 4 gümüş, 7 bürünc medala sahib olaraq, yarışın kubokuna sahib olub.
AKF-nın vitse-prezidenti Güloğlan Cabbarov “Neftçi” idman klubuna kuboku təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Yeniyetmələr arasında kuboka isə “Qızıl Əlcək” idman klubunun idmançıları sahib olublar.
-
Sosial16:55
Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir? - DOSYE
-
Cənubi Qafqaz16:23
Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI
-
Sosial16:06
Zakir Həsənov onu rəis təyin etdi
-
Sosial15:35
Qazaxın dörd kəndində Azərbaycan bayrağı ucaldıldı - VİDEO
-
Sosial14:56
Rusiya məhdudiyyət qoydu: Azərbaycanda şəkər bahalaşacaq?
-
Kriminal14:41
Əri evdə olmayan qadın yad kişilər gətirdi, içki məclisi qurdu, sonda isə... - Şok təfərrüat
-
ABŞ14:16
Trampdan Putinlə bağlı yeni mesaj: İstəsəniz də, istəməsəniz də...
-
Rəsmi xronika13:39
Milli Məclis Prezident və xanımını təbrik etdi