İdman
Cəmaləddin Məhəmmədov: "Heç olmasa, bürünc medalı qazanmalıydım"
Avropa Oyunlarında qazandığım medalı onun göstədiyi səylərinə görə məşqçimiz Firdovsi Umudova həsr edirəm.
Bunu bu gün Bakı 2015 birinci Avropa Oyunlarında sərbəst güləş
yarışlarında Azərbaycana 125 kq çəki dərəcəsində bürünc medal
qazandıran təmsilçimiz Cəmaləddin Məhəmmədov deyib.
Avropa Oyunlarının bürünc medalçısı qeyd edib ki, onun hədəfi
əslində çempion olmaq idi: "Çempion olmaq istəyirdim, təəssüf ki,
bu gün alınmadı. Buna görə azarkeşlərdən üzr istəyirəm. Məni bu
qədər adam dəstəkləyir, azarkeşlik edirdi. Ona görə də belə
azarkeşlər üçün heç olmasa bürünc medalı qazanmalıydım. Onlara
böyük minnətdarlığımı bildirirəm".
Öz çəki dərəcəsində hazırda dünyanın 1 nömrəlisi sayılan Türkiyə
güləşçisi Taha Akgüllə qarşılaşmada məğlub olmasına da münasibət
bildirib: "Taha indiki dünya çempionudur. Ən güclü güləşçi mənimlə
ikinci mərhələdə qarşılaşdı. Onunla bacardığım kimi güləşdim. Bu
gün o güclüdür. Amma ola bilər ki, sabah mən ona qalib gəlim. Bu
idmandır. bu gün sən qalib gəlirsən, sabah başqası. Çalışacağam
bundan sonra daha böyük uğurlar qazanım".
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər