İKT
ANS satılır? - 50 milyonluq təklif niyə 5 milyona düşüb - ÖZƏL
Məşhur azərbaycanlı oliqarxlardan biri bu yaxınlarda yayımı dayandırılan ANS-in hissələrini almaq üçün şirkət rəhbərliyinə təklif göndərib.
Publika.az-ın əldə etdiyi məlumata görə, telekanalın və radionun yayımı dayandırılmadan öncə Rusiyada fəaliyyət göstərən oliqarx bu kanalı almaq üçün ANS rəhbərliyi ilə danışıqlar aparıb. Danışıqlar zamanı ANS-in hissələrinin alınması üçün 50 milyon dollar təklif edilib. Bu vəsaitin qarşılığında isə o, ANS kanalının 80 faizinə sahiblənmək istəyib. Amma ANS rəhbərliyi bundan imtina edib.
Bu günlərdə həmin iş adamı yenidən ANS rəhbərliyi ilə təmas yaradıb və 5 milyon dollar qarşılığında kanalın 51 faizinə sahiblənməyi təklif edib.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Publika.az-a məsələ ilə bağlı hansısa məlumata malik olmadığını söyləyib.
Vasif Həsənli
-
İdman10:30Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir? - VİDEO
-
Dünya10:00İran səssiz müharibə ilə üz-üzə: Ölkə qaranlığa qərq olub, 600 min insan...
-
Hadisə08:41Qazaxda partlayış baş verdi: Xəsarət alanlar var - Foto/Video
-
Dünya08:24Kosmosda nəhəng “beyin” yaradılır: “SpaceX”ə bir milyon peyk üçün icazə verildi
-
Magazin107:35Bu il onları itirdik...
-
İdman07:15Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi

























.jpg)













