İKT
38-ci pilləyə yüksəlməyimiz rəqəmsal dövlət quruculuğunda əldə olunan mühüm nailiyyətdir - Deputat
Rəqəmsallaşma dövlət xidmətlərini vətəndaşın gündəlik həyatına daha yaxın edir, bürokratik prosedurları azaldır, insanı sənəd toplamaq, növbələrdə gözləmək və müxtəlif qurumlar arasında vaxt itirməkdən xilas edir.
Publika.az xəbər verir ki, bunu depuatat Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, rəqəmsal dövlətin əsas qazancı isə bütün bu dəyişikliklərin nəticəsində insana öz vaxtını geri qaytarmasıdır.
T. Mirkişili hesab edir ki, Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində cəmi iki il ərzində 74-cü yerdən 38-ci pilləyə yüksəlməsi rəqəmsal dövlət quruculuğu sahəsində əldə olunan mühüm nailiyyətdir.
"36 pilləlik irəliləyiş ölkəmizin bu istiqamətdə həyata keçirdiyi işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir. Xüsusilə diqqətçəkən məqam onlayn dövlət xidmətləri üzrə Azərbaycanın dünyada 11-ci yerə yüksəlməsidir. Bu göstərici üzrə ölkəmiz Böyük Britaniya, ABŞ və Kanada kimi dövlətləri qabaqlayıb. Söhbət konkret olaraq onlayn xidmətlər göstəricisindən gedir.
Vətəndaş üçün bu uğurun mənası çox sadədir: bir sənədi almaq üçün işdən icazə götürməmək, saatlarla növbədə dayanmamaq, eyni məlumatı müxtəlif qurumlara təkrar təqdim etməmək. Vətəndaş dövlət xidmətindən telefon vasitəsilə bir neçə dəqiqəyə istifadə edə bilirsə, bunun arxasında həm texnoloji, həm də idarəetmə baxımından ciddi dəyişiklik dayanır. Rəqəmsal dövlətin dəyəri insanın gündəlik həyatında məhz belə hiss olunur". - deputat qeyd edib.
O bildirib ki, rəqəmsallaşmanın iqtisadi baxımdan yaratdığı vaxt və xərc qənaəti də xüsusi əhəmiyyət daşıyır:
"Minlərlə insanın sənəd toplamağa, yola və növbəyə sərf etdiyi saatların iqtisadi dəyəri var. Qənaət edilən vaxt işə, təhsilə, ailəyə və yeni ideyalara yönəlir. Sahibkar üçün isə daha sürətli xidmət daha az inzibati xərc, işini planlaşdırmaq və biznesini böyütmək üçün daha geniş imkan deməkdir. Bu baxımdan, rəqəmsallaşma iqtisadiyyatın məhsuldarlığını artıran mühüm vasitədir.
Digər mühüm məsələ şəffaflıqdır. Müraciətin nə vaxt daxil olduğu, hansı mərhələdə olduğu və cavabın nə zaman verilməli olduğu sistemdə görünəndə məsuliyyət də artır. Aydın qaydalar və izlənilə bilən proseslər vətəndaşla dövlət arasında etimadı gücləndirir.
Prezident İlham Əliyevin rəqəmsal inkişafı prioritet kimi müəyyənləşdirməsi çərçivəsində həyata keçirilən tədbirlər, xidmətlərin vahid platformalarda birləşdirilməsi və qurumlararası məlumat mübadiləsinin genişləndirilməsi bu irəliləyiş üçün mühüm zəmin yaradıb. "mygov", "digital.bridge" və sənəd dövriyyəsinin elektronlaşdırılması həmin dəyişikliklərin praktik alətləridir.
İndi əsas vəzifə əldə olunan nəticəni hər bir insanın gündəlik rahatlığına çevirməkdir. Xidmətlər yaşlı vətəndaş üçün də, ucqar kənddə yaşayan insan üçün də sadə və əlçatan olmalıdır. Sistemlər bir-biri ilə əlaqəli işləməli, dövlətin artıq malik olduğu məlumat vətəndaşdan yenidən istənilməməlidir. Şəxsi məlumatların etibarlı qorunması da bu inkişafın ayrılmaz hissəsidir.
Gələcək mərhələdə dövlət xidmətləri vətəndaşın ehtiyaclarını qabaqcadan nəzərə alacaq. Məsələn, uşaq dünyaya gələndə ailəyə aid xidmətlər və mümkün sosial dəstək barədə məlumat avtomatik təqdim oluna bilər. Vətəndaş hansı quruma müraciət etməli olduğunu axtarmaq əvəzinə, ona lazım olan xidməti vaxtında ala biləcək", - T. Mirkişili qeyd edib.(Report)
-
Region16:15Sabah TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik - Paşinyan
-
Nida Xəbər 15:05To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur
-
Nida Xəbər 15:01İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
-
Səhiyyə14:37Polad Bülbüloğlu: Mənə ən ciddi dəstək İsraildə verildi!
-
Elm və təhsil14:00Məleykə Abbaszadə onu vəzifədən azad etdi
-
Hadisə13:46İİTKM-in hüquqşünası vəfat etdi - Beş dil bilirdi
-
Hadisə13:29Abortdan sonra ölən qadın bu özəl xəstəxanada əməliyyat edilibmiş - FOTO
-
Hadisə13:18Bu aptekdə İrandan qaçaqmal yolu ilə gətirilən narkotik dərmanlar satılırmış - VİDEO
























.jpg)












.png)
