İKT
Əpl bu sistemin istifadəsini dayandırdı
Ayfon modelləri istehsal edən "Əpl" şirkəti cari ilin may ayının 25-dən etibarən “iTunes Store” onlayn mağazasının “Windows XP” və “Vista” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərlə yanaşı, birinci nəsil “Apple TV” qurğularında da fəaliyyətin dayandırılması haqqında sənəd dərc edilib. Təhlükəsizlik yeniləmələri ilə əlaqədar çap olunan sənəddə bu sistemlərdən imtina ediləcəyi qeyd olunub.
Publika.az xəbər verir ki, "Əpl" şirkəti may
ayının 25-dən köhnə kompüterlərin “iTunes Store” onlayn
mağazasından istifadəsinin qarşısını alacaq. Şirkət
nümayəndələrinin sözlərinə görə, istifadəçilər kompüterlərində
“iTunes” proqramından “Əpl” və “iTunes Store” dəstəyi olmadan da
funksiyalardan yararlana biləcəklər.
Bundan başqa, mayın 25-dən etibarən, həmçinin təhlükəsizlik
dəyişiklikləri ilə əlaqədar birinci nəsil “Apple TV” qurğularında
“iTunes Store” onlayn mağazasından istifadə qeyri-mümkün olacaq.
Qurğu köhnəlmiş “Əpl” məhsulu olduğuna görə, təhlükəsizlik
dəyişikliklərinin dəstəklənməsi üçün yenilənməyəcək.
Dəyişikliklərdən sonra ikinci nəsil “Apple TV” qurğularında və daha
sonrakı modeldə “iTunes Store” mağazasından istifadə mümkün
olacaq.
Könül
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
