İKT
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.
İstifadəçilərə tətbiqin "Bağlı cihazlar" bölməsini yoxlamaq və tanımadıqları cihazlardan dərhal çıxış etmək tövsiyə olunub. Bildirilib ki, hesab telefonda normal işləsə belə, başqa cihaz vasitəsilə də istifadə oluna bilər.
Bundan əlavə, hesabın təhlükəsizliyini artırmaq üçün iki mərhələli təsdiqləmənin aktivləşdirilməsi və bərpa üçün etibarlı elektron poçt ünvanının əlavə edilməsi tövsiyə edilib.
Agentlik SMS təsdiq kodlarının, cihaz bağlantısı kodlarının və təhlükəsizlik PIN-kodunun heç kimlə paylaşılmamasının vacibliyini vurğulayıb. İstifadəçilərə özlərinin başlatmadığı giriş sorğularını təsdiqləməmək, saxta bildirişlərə və şübhəli QR-kodlara qarşı diqqətli olmaq barədə də xəbərdarlıq edilib.
Qeyd olunub ki, "Hesabınız bağlanacaq", "biznes hesabınızı təsdiqləyin" və ya "dəstək xidməti" adı ilə göndərilən saxta keçidlər vasitəsilə istifadəçilərin hesablarına giriş əldə edilə bilər.
MKA, həmçinin "WhatsApp" və "WhatsApp Business" tətbiqlərinin yalnız rəsmi mağazalardan yüklənməsini, telefon və tətbiqlərin mütəmadi yenilənməsini tövsiyə edib. Biznes hesablarında isə bağlı cihazlara çıxışın yalnız səlahiyyətli əməkdaşlarla məhdudlaşdırılması və işdən ayrılan şəxslərin giriş hüquqlarının dərhal ləğv edilməsi vacib hesab olunub.
Hesaba müdaxilə şübhəsi yarandıqda naməlum cihazlardan çıxış etmək, hesaba giriş itirildikdə isə nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirmək tövsiyə olunur. İstifadəçilərə, həmçinin əlaqələrini onların adından göndərilə biləcək saxta mesajlar və pul tələbləri barədə xəbərdar etmək məsləhət görülüb.
Agentlik xüsusi olaraq vurğulayıb ki, iki mərhələli təsdiqləmənin aktivləşdirilməsi mövcud icazəsiz girişləri avtomatik aradan qaldırmır. Buna görə də hesabla əlaqələndirilmiş cihazların ayrıca yoxlanılması mütləqdir.
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 18 Noyabr 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 18 Noyabr 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil18 Noyabr 13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman18 Noyabr 12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO









.png)




























