İKT
Zukerberq ifadə verəcək
Feysbuk istifadəçilərinin şəxsi məlumatlarının oğurlanmasına dair çoxsaylı şikayətləri əsasında sosial şəbəkənin sahibi, gənc milyarder Mark Zukerberq ifadə verəcək.
Publika.az xəbər verir ki, ABŞ kongresinə çağrılan Mark Zukerberq 50 milyona yaxın şəbəkə istifadəçisinin şəxsi məlumatlarının oğurlanması ilə bağlı dinləmələrdə ifadə verəcək.
Eyni məsələ ilə bağlı daha əvvəl Britaniya parlamentində keçirilən analoji dinləmələrdə iştirak etməkdən imtina edən M.Zukerberqin bu dəfə hansı addımı atacağı medianın maraq dairəsindədir.
Xatırladaq ki, sosial şəbəkələrdə istifadəçilərin təhlükəsizliyi, eləcə də şəxsi informasiyalarının ötürülməsi, oğurlanması haqqında məlumat yayılıb. Məlumata görə, 50 milyona yaxın Feysbuk istifadəçisinin şəxsi məlumatlarının siyasi konsaltinq və siyasi reklam üzrə ixtisaslaşan "Cambridge Analytica" şirkətinə ötürülüb.
Qeyd edək ki, sözügedən şirkət seçki prosesi ərəfəsində ABŞ prezidenti Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib.
Könül Cəfərli
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































