İKT
DYP cərimələrinin və gömrük yığımlarının ödənişində YENİLİK
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin “SmartPay” ödəniş sistemi istifadəçilərinə yeni imkanlar təqdim edir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi bundan sonra artıq “SmartPay” ödəmə sistemi vasitəsilə də mümkün olacaq.
Həmçinin, “SmartPay” ödəmə sisteminə yeni inteqrasiya edilmiş xidmət vasitəsi ilə gömrük yığımlarını da ödəmək olacaq.
Qeyd edək ki, vətəndaşlar “SmartPay” ödəmə sistemi vasitəsi ilə kommunal ödənişlər, mobil nömrələrdə balansın artırılması, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və sair bu kimi xidmətlərdən yararlana bilərlər. “SmartPay” 70 poçt filialı, 1211 poçt şöbəsində 60 ödəmə terminalı, 60-dan çox xidmət üzrə, 2326 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.
Eyni zamanda, ödəmələri, “smartpay.az” saytı vasitəsilə də istənilən məkandan həyata keçirmək mümkündür. “SmartPay” ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini və mühafizəsini təmin edir.
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf


































.jpg)

