İKT
Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı
“Azərbaycanda internetin sürəti ilə bağlı sosial şəbəkələr və digər mənbələrdə müxtəlif fikirlər səslənir. Biz də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq bunu ciddi şəkildə izləyirik.
Bunu “Real TV”-də yayımlanan “Real intervyu” verilişinə müsahibəsində nazir müavini Elmir Vəlizadə bildirib. Onun sözlərinə görə, nazirliyin zəng mərkəzi mövcuddur və istifadəçilər belə hallarla rastlaşdıqda Bakı şəhəri üzrə 155, rayonlar üzrə 1655 telefon nömrəsinə zəng edə bilərlər.
“Araşdırmalar göstərir ki, Bakı şəhərində internetlə bağlı şikayətlərin sayı günbəgün azalır. Müraciət olunan bütün problemləri nazirliyin əməkdaşları diqqətdə saxlayırlar. Hər bir müraciətə operativ reaksiya verilir, evlərə gedilir”.
E. Vəlizadə qeyd edib ki, evlərə gedən əməkdaşların hamısı fərdi qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə edirlər: “İstəmirik ki, bizim fəaliyyətimizdə müəyyən qədər problemlər yaransın. Onlar həm özlərini, həm də getdikləri ailələri qoruyurlar. Hər bir müraciət araşdırılır və çox operativ reaksiya göstərilir”.
Nazir müavini bildirib ki, ancaq vətəndaş bilməlidir ki, onların xüsusən sabit telefon xətləri və fiberoptik xətlərlə aldıqları tutum dəyişməyib: “Ancaq evlərdə istifadəçilərin sayı artıb. Ola bilər ki, bu səbəbdən sürətin azalmasını hiss etsinlər. Heç kim evdə qalaraq özünün internet sürətini və tutumunu artırmayıb, əksinə istifadəçi sayı artıb. Artım var və biz də bu artımı müşahidə edirik. Ancaq bu artım kritik həddə deyil. Ölkəmizin beynəlxalq internet tutumu çox böyük bir həcmdədir. Biz hazırda bu tutumun heç yarısını da istifadə etmirik. Bunun üçün də istifadəçilər bu internetdən öz tələbatları üçün rahat şəkildə istifadə edə bilərlər”.
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO












.jpg)





















