Ekspert Azərbaycanın rəqəmsal inkişafından danışdı: "Hər 3 istiqamət üzrə yaxşı nəticə var"
Bizi izləyin

İKT

Ekspert Azərbaycanın rəqəmsal inkişafından danışdı: "Hər 3 istiqamət üzrə yaxşı nəticə var"

Ekspert Azərbaycanın rəqəmsal inkişafından danışdı: "Hər 3 istiqamət üzrə yaxşı nəticə var"

Xəbər verdiyimiz kimi Azərbaycan BMT-nin 19 noyabr 2026-cı ildə Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə açıqladığı hesabata əsasən rekord irəliləyiş əldə edib. Ölkəmiz nüfuzlu dünya reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək reytinqin 38-ci mövqeyinə yüksəlib. Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib və bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3% artım deməkdir. Beləliklə Azərbaycan “Çox yüksək EHİİ” kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.

Publika.az xəbər verir ki, texnobloger Fərid Pərdəşünas Azərbaycanın bu uğurunu fantastik nəticə kimi qiymətləndirib.

"Azərbaycan ilk dəfə fantastik nəticə göstərərək 36 pillə irəliləyib, 38-ci mövqedə qərarlaşıb. Bu hesabat hazırlananda 3 istiqamət əsas götürülür: Onlayn Xidmətlər, Telekommunikasiya İnfrastrukturu və İnsan Kapitalı.

Hesabatla tanış olanda açıq-aydın görünür ki, Azərbaycan hər 3 istiqamət üzrə yaxşı nəticə əldə edib və ən böyük artım məhz birinci istiqamətdə, onlayn xidmətlərdə olub".

Ekspert xatırladıb ki, Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya, İslandiya, ABŞ, Kanada, Norveç, Avstraliya kimi inkişaf etmiş ölkələrin göstəricilərini də üstələyib.

Süni intellekt ana-bacı söyüşünə keçib – <span style=color:red>Bu sosial  şəbəkədə çox qəribə hadisələr baş verir - Medianews.az

"Mən düşünürəm ki, bunun əsas səbəbi son illərdə Azərbaycanda sürətlə rəqəmsallaşan hökumət xidmətləridir. MyGov kimi möhtəşəm bir tətbiq var. Bizi fiziki sənəddən azad edib, paralel olaraq güclü hüquqi baza yaradılıb və rəqəmsal sənədlərə status verilib. Rəqəmsal sistemlərdən istifadə üçün vahid ID (myGov ID) yaradılıb. Bunun yanında sistemlərə giriş üçün SİMA rəqəmsal imza var. Bütün dövlət qurumlarının qarşısına konkret rəqəmsal tələblərin qoyulması, vahid pəncərədən xidmət imkanları, göründüyü kimi, nəticə verir.

Əsas məsələlərdən biri də odur ki, bu istiqamətdə qanunlar ard-arda gəlir, ləngimir. Bu çox ciddi nailiyyətdir. Digər tərəfdən süni intellekt və kibertəhlükəsizlik sahəsində dövlət dəstəkli proqramlar yaradılıb, ləngimədən kadr yetişdirilir.

Məncə, hazırda doğru yoldayıq və bu istiqamətdə davam etmək lazımdır. Hesabat nəticəmiz həqiqətən ürəkaçandır və düşünürəm ki, xidmətlərdən istifadə edən vətəndaşlar da bununla razılaşar.

Ümid edirəm, elektron hökumət həllərində olduğu kimi biznes sahələrimiz də bu trendə uyğunlaşar və qısa zamanda innovasiya indeksimiz də belə rekord nəticə əldə edər. Azərbaycanda kifayət qədər potensial və istedadlı insanlar var. Bu nəticələrin böyük hissəsini məhz yerli kadrlarımız əldə edib", - mütəxəssis deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm