İKT
Deputat: Azərbaycan regionda elektron hökumətin inkişafı sahəsində ciddi uğurlara imza atan ölkələrdəndir
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması Azərbaycanda elektron hökumət imkanlarının genişlənməsinə, süni intellekt və müasir rəqəmsal həllərin tətbiqinə güclü təkan verir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu strateji addım ölkənin BMT-nin müvafiq reytinqlərindəki mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir.
V. Bayramov hesab edir ki, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzv ölkələr arasında rəqəmsal xidmətlərin səviyyəsini müəyyənləşdirən əsas qiymətləndirmə mexanizmidir:
"Bu reytinqdə infrastruktur, təhsil səviyyəsi, texnologiyalardan istifadə və inklüziv yanaşma ilə yanaşı, vətəndaşların elektron xidmətlərə çıxış imkanları başlıca meyarlar kimi götürülür. BMT-nin metodologiyasına əsasən, ümumi indeks üç əsas komponentin - onlayn xidmət, insan kapitalı və telekommunikasiya infrastrukturu indekslərinin cəmi əsasında formalaşır. Eyni zamanda, bu qiymətləndirmə beş subindikatoru özündə birləşdirir: sosial şəbəkə aktivliyi, xidmət təminatı, mövzunun təqdimatı, texnologiya və elektron iştirakçılıq. Burada xidmət təminatı 45 %, elektron iştirakçılıq isə 35 % paya malikdir. Bu rəqəmlər göstərir ki, qiymətləndirmədə həm müasir infrastrukturun qurulması, həm də vətəndaşların xidmətlərə əlçatanlığı həlledici rol oynayır".
Deputat vurğulayıb ki, Azərbaycan regionda elektron hökumətin inkişafı sahəsində xüsusi seçilən və ciddi uğurlara imza atan ölkələrdəndir:
"Bir tərəfdən Prezident İlham Əliyev tərəfindən müvafiq strategiyanın təsdiqlənməsi və elektron xidmətlərdən istifadənin genişləndirilməsi Azərbaycanın BMT indeksindəki mövqeyinə birbaşa müsbət təsir göstərir. Digər tərəfdən isə Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının konkret istiqamətlər üzrə fəaliyyəti bu prosesi sürətləndirir. Şuranın birinci iclasında həm mövcud vəziyyət qiymətləndirilib, həm də perspektiv strateji yanaşmalar müəyyən olunub".
V.Bayramov əlavə edib ki, Şuranın fəaliyyəti ölkədə rəqəmsal həllərdən və süni intellektdən daha geniş istifadəyə şərait yaradır: "Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqəti, cəlb olunan sərmayə və texnologiyalar, eləcə də vətəndaşların elektron xidmətlərə əlçatanlığının artması Azərbaycanın BMT indeksindəki mövqeyinin kəskin yaxşılaşmasına gətirib çıxarıb".
Xatırladaq ki, Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə son reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək 38-ci mövqedə qərarlaşıb. Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib və bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3 % artım deməkdir. Beləliklə Azərbaycan "Çox yüksək EHİİ" kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.(Report)
-
İKT15:40Deputat: Azərbaycan regionda elektron hökumətin inkişafı sahəsində ciddi uğurlara imza atan ölkələrdəndir
-
Nida Xəbər 15:05To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur
-
Nida Xəbər 15:01İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
-
Səhiyyə14:37Polad Bülbüloğlu: Mənə ən ciddi dəstək İsraildə verildi!
-
Elm və təhsil14:00Məleykə Abbaszadə onu vəzifədən azad etdi
-
Hadisə13:46İİTKM-in hüquqşünası vəfat etdi - Beş dil bilirdi
-
Hadisə13:29Abortdan sonra ölən qadın bu özəl xəstəxanada əməliyyat edilibmiş - FOTO
-
Hadisə13:18Bu aptekdə İrandan qaçaqmal yolu ilə gətirilən narkotik dərmanlar satılırmış - VİDEO























.jpg)












.png)
