İKT
“Google” axtarış sisteminə yeni rejim əlavə edir
“Google” süni intellekt əsaslı axtarış sistemi “AI Mode” üçün yeni funksiyanı istifadəyə verir.
Publika.az xəbər verir ki, “Temporary Threads” adlanan yenilik istifadəçilərə axtarış tarixçəsində saxlanılmayan və gələcək tövsiyələrə təsir etməyən müvəqqəti söhbətlər aparmağa imkan yaradacaq.
Yeni funksiyanı aktivləşdirmək üçün “AI Mode” interfeysində ekranın yuxarı sağ küncündəki xüsusi işarəyə klikləmək kifayətdir. Bunun üçün hesab parametrlərini dəyişməyə ehtiyac yoxdur.
Müvəqqəti söhbət zamanı süni intellekt istifadəçinin əvvəlki seçimlərini nəzərə almayacaq. Dialoqun məzmunu da gələcək fərdiləşdirmə prosesində istifadə edilməyəcək. Söhbət bağlandıqdan sonra istifadəçi adi axtarış rejiminə qayıdacaq.
“Google”un açıqlamasına görə, “Temporary Threads” funksiyası dünya üzrə kompüter və mobil cihazlarda istifadəyə veriləcək. Yenilik “AI Mode”-un dəstəklədiyi bütün dillərdə əlçatan olacaq.
Müəllif: Roza
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun









.png)











.jpg)















.png)