İKT
Azərbaycanda 2 telekanalın yayımı dayandırılacaq - QƏRAR
Bu gün MTRŞ-da keçirilən ilasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.
Publika.az xəbər verir ki, 1 may 2020-ci il tarixdə “ATV” televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 9 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
3 may 2020-ci il tarixdə “Lider” televiziyasının efirində yayımlanan “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 7 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 11:00-dan saat 12:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Həmçinin, 2 may 2020-ci il tarixdə “Speys” televiziya kanalının efirində İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsinin (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozulması faktı ilə əlaqədar kanalın cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq rayon məhkəməsinə göndərilib.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO