İKT
“Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirildi
Oktyabrın 13-də Azərbaycanın Baş Prokurorluğu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Baş Prokurorun müavini Heydər Məmmədov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov mediada yayımlanan informasiyaya dair tələblər, cinayət və ya ictimai maraq kəsb edən hadisələr baş verdikdə jurnalistlərin və media nümayəndələrinin hadisə yerində diqqət yetirməli məqamlar barədə fikirlərini bölüşüb.
Həmçinin çıxışçılar kommunikasiyanın səmərəli təşkili və informasiyanın obyektiv və qərəzsiz çatdırılmasının təmin olunması baxımından belə görüşlərin mütəmadiliyinin əhəmiyyətini vurğulayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə “Prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında mövcud münasibətlər və perspektivlər” mövzusunda çıxış edib.
Tədbir çərçivəsində Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov tərəfindən “Media və Hüquqi Maarifləndirmə” vəsaitinin təqdimatı olub.
Sonra Medianın İnkişafı Agentliyinin Hüquq və insan resurslarının idarə edilməsi departamentinin direktoru Rəqsanə Kərimova “İstintaq prosesinin mediada obyektiv işıqlandırılması və balanslı təqdimatı” mövzusunda çıxış edib.
Tədbir geniş müzakirələrlə davam edib, Prokurorluq orqanları ilə media arasında operativ və səmərəli əməkdaşlığın qurulması, bu məsələdə Medianın İnkişafı Agentliyinin dəstəyi ilə bağlı təkliflər dinlənilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.
-
Qoroskop01:40Günün ulduz falı: sizin üçün yeni mərhələ başlayır
-
Hadisə01:20Azərbaycanda sabiq icra başçısı vəfat etdi - Foto
-
Hadisə26 Aprel 22:58Xəzərdə güclü zəlzələ baş verdi - Yeniləndi
-
Hadisə26 Aprel 22:26Bakıda 11-ci sinif şagirdi vəfat etdi - Foto
-
Dünya26 Aprel 19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq26 Aprel 18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə26 Aprel 17:50Əməkdar artist vəfat etdi
-
Hadisə26 Aprel 17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var











.jpg)

.webp)
























.png)