İKT
Kiber təhdidlərlə mübarizəyə həsr olunmuş tədbir keçirildi
Kiber təhlükəsizlik maarifləndirmə ayı dünyada xüsusi tədbirlərlə qeyd olunan zaman, özkəmizdə də bir sıra silsilə tədbirlər ilə yadda qaldı. Belə layihələrin icra olunmasında məqsəd ölkəmizdə baş verən Kiber təhdidlərlə mübarizədə cəmiyyətin məlumatlı olmasıdır.
Publika.az xəbər verir ki, bu sözləri KTLab Kiber Təhlükəsizlik Laboratoriyasının layihə meneceri, kibertəhlükəsizlik məsləhətçisi Şahin Alıyev deyib. Ekspert bildirib ki, KTLab Kiber Təhlükəsizlik Laboratoriyasının təşəbbüsü ilə 20-23 Oktyabr tarixləri arasında "Kiber Təhlükəsizlik Zirvəsi 2021" adlı proqramını həyata keçirilib.
Zirvənin məqsədi, gənclərin bu sahəyə olan marağının artırılması və kibertəhlükəsizlik təcrübəsinin artırılmasıdır. Bu layihəyə Kibertəhlükəsizlik sahəsində öz sözünü demiş bir sıra yerli və xarici mütəxəssislər dəvət olunub. Tədbirin əsas hissəsində hər bir vətəndaşın başına gələ biləcək real kiber hücumlar və onlarla mübarizə formaları video və foto təlimatlandırma şəklində nümayiş edilib. Əsasən zərərli proqramların ifşası, karyera və akademik təcrübələr barəsində çıxışlar olub.
Şahin Alıyev bildirib ki, KTLab hər zaman bu sahədə gənclərimə dəstək olmağı, onlara yol göstərməyi qarşısına məqsəd qoyub: "Düşünürəm ki, bu kimi tədbirlərin həyata keçirilməsi, gələcəkdə ölkəmizdə həmin sahədə fəaliyyət göstərən qurum və təşkilatları tərəfindən aktiv şəkildə dəstəklənəcək. Gələcək günlərdə KTLab rəhbərliyi altında bu sahənin regionlar üzrə də gənclərimizin müxtəlif istiqamətlərdə biliklərinin artırılması, informasiya təhlükəsizliyi və o cümlədən zərərli proqramlardan qorunma metodlarının öyrədilməsi istiqamədində bir sıra tədbirlər həyata keçiriləcək".
Zirvənin sonunda bu layihədə iştirak edən hər bir gəncə sertifikat və xüsusi hədiyyələr təqdim edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
