İKT
“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 22 il ötür
“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 22 il ötür.
Publika.az xəbər verir ki, telekanal 2000-ci il dekabrın 25-də özəl televiziya kanalı olaraq fəaliyyətə başlayıb.
İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edib. 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb. 31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı, rus dilində də verilişlər də yayımlayıb. Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçib.
2011-ci ildə kanalın 10 ildən çox müddəti olan loqotipi dəyişdirilib. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırılıb.
Telekanalın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil edir.
Bu ilin yanvarın 28-dən “Azerspace-1” peykində HD yayım formatına keçib.
Publika.az olaraq telekanalı təbrik edir, kollektivə işlərində daha böyük nailiyyətlər arzulayırıq!
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı











.jpg)


.jpg)


.jpg)
.jpg)








.jpg)




.jpg)



