İKT
Milyonlarla insan "Windows"u yeniləməkdən imtina etdi
Dünyadakı fərdi kompüterlərin (FK) təxminən yarısı “Windows 10” əməliyyat sistemi ilə işləməyə davam edir.
Publika.az xəbər verir ki, bu barədə “Computer World” məlumat yayıb.
ABŞ-ın iri kompüter istehsalçıları "Dell" və "HP" şirkətlərinin rəhbərləri fərdi kompüter bazarındakı tendensiyaları müzakirə ediblər. Konfrans zamanı tərəflər belə qənaətə gəliblər ki, dünyada kompüterlərin təxminən 50 faizi oktyabrda dayandırılacaq.
HP-nin baş direktoru Enrike Lores istifadəçilərin "Windows"un yeni versiyasına miqrasiya prosesini şərh edərkən deyib: “Biz əvvəlki illərin rəqəmlərindən geri qalırıq”.
Loresin sözlərinə görə, kiçik və orta şirkətlər yeni fərdi kompüterlər almaq zərurəti və ya yeni funksiyaların olmaması səbəbindən "Windows 11"ə keçməkdən çəkinirlər.
"Dell"in əməliyyatlar üzrə baş direktoru Jeff Klark bildirib ki, "Windows 11"ə nisbətən aşağı maraq səbəbindən yeni kompüterlərə tələbat yaxın bir neçə il ərzində genişlənəcək.
"Dell" və "HP" həmçinin süni intellekt (AI) imkanlarına malik kompüterlərə marağın artdığını təsdiqləyib və qeyd ediblər ki, belə fərdi kompüterlər süni intellekt prosessorları olmayan qurğulardan 5-10 faiz bahadır.
Adəm
-
MDB15:10Dmitri Peskovun qızı ilk dəfə o görüntünü paylaşdı - FOTO
-
MDB14:45Rusiya dəhşətli döyüş kadrları yaydı - Kolomiytsı belə zəbt edildi - VİDEO
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır
-
MDB13:40Rusiyaya kütləvi PUA hücumu: Bir gündə 1612 dron vuruldu
-
Ekologiya12:59Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:28Monika Belluççinin qızı məşhur jurnal üçün soyundu - FOTO
-
Magazin210:53Dünya şöhrətli rok ulduzu öldü – Koronavirusun fəsadları ilə mübarizə aparırdı
-
İdman09:10Çempionun mülkü yandı - FOTO



































