İKT
"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
“Apple” şirkəti oktyabrın 13-də ağıllı ev sistemləri üçün cihazlarını təqdim edəcək.
Publika.az xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.
Oktyabrın 8-də jurnalistlər və bloqerlər “Apple” şirkətindən oktyabrın 13-də keçiriləcək təqdimat mərasiminə dəvət alıblar. Tədbir “Welcome home” (“Evə xoş gəlmisiniz”) şüarı altında keçiriləcək. Təqdimatın tarixi daha əvvəl jurnalist Con Qruber və insayder Mark Qurman tərəfindən açıqlanıb.
Portalın müəllifləri bildiriblər ki, şirkət təqdimat zamanı ağıllı ev sistemləri üçün yeni cihazlarını elan edəcək. Onların sözlərinə görə, tədbirin şüarı da buna işarə edir. “Apple”ın təqdim edəcəyi məhsullar arasında Home Hub da olacaq.
“Bu, "iPad" ilə "HomePod" arasında bir növ hibrid olan tamamilə yeni cihazdır”, - deyə jurnalistlər izah ediblər.
Şirkət, həmçinin yeni rənglərdə təqdim olunacaq "HomePod" mini ağıllı dinamikini də nümayiş etdirməlidir. Cihaz daha yaxşı Wi-Fi və Bluetooth bağlantısı üçün N1 çipi, eləcə də "Siri AI" dəstəyi olan S seriyalı daha sürətli prosessorla təchiz ediləcək.
Sentyabrın sonunda “Bloomberg” jurnalistləri “Apple”ın ev cihazları üçün yeni əməliyyat sistemi hazırladığını yazıblar. İnsayder Mark Qurmanın sözlərinə görə, platforma şirkətin təqdim etməyi planlaşdırdığı və uzun müddətdir müzakirə olunan ağıllı ev idarəetmə mərkəzi üçün nəzərdə tutulub.
Hüseyn İbadlı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır






















.png)











