Ekopublika.az
826 min avtomobil icbari sığortalanıb
Bu ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 80 880 müqavilə qeydiyyata alınıb.
İSB-dən Publika.az-a verilən məlumata görə, bunların 12 808-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,6 milyon manat olub. 2014-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayı 12%, sığorta haqlarının məbləği isə 11% azalıb.
2015-ci ilin yanvar-oktyabr ayları ərzində isə icbari qaydada sığortalanmış avtomobillərin sayı isə 826 744 olub. Bunların da 145 726-nı tranzit avtomobillər təşkil edib. 10 ay ərzində icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 65 milyon manat olub. 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 6%, sığorta haqlarının məbləğində isə 10% artım müşahidə edilib.
İqtisadiyyat şöbəsi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO