Ekopublika.az
İçki və tütün məmulatları ərzağı üstələdi
Yanvar-iyun aylarında hər bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 117,8 manatlıq ərzaq məhsulu, içki və tütün məmulatları, 121,6 manatlıq qeyri-ərzaq məhsulu alıb.
Publika.az xəbər verir ki, 2016-cı ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. Cari ilin yanvar-iyun aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 7,0 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini real ifadədə 0,3 faiz üstələyərək 6,8 milyon manata bərabər olub.
İqtisadiyyat şöbəsi
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































