Ah Dubay, Dubay... - FOTOLAR
Bizi izləyin

Ekopublika.az

Ah Dubay, Dubay... - FOTOLAR

Məlum olduğu kimi, 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri “EXPO-2020”-yə ev sahibliyi edəcək. Şirkətlərin, beynəlxalq təşkilatların qatılacağı tədbirdə 25 milyon nəfərin iştirakı nəzərdə tutulur. Gözləniləndir ki, sərgi iş adamlarının Dubaya marağını daha da artırsın. Əslinə qalsa şəhərin sürətli inkişafı, eyni zamanda güzəştli vergi rejiminin üstünlükləri, hökumətin uzun müddətli sabit bazar yaratmaq planı investorların diqqətindən kənarda qala bilməz. Dubayı seçəcək biznesmenlər isə bir sual düşündürə bilər - pulu hansı rayona yatırım?”

Publika.az iş adamları üçün Dubayın cəlbedici istirahət zonalarının siyahısını təqdim edir.

“Jumeirah Palm and Beaches”

Bu rayon turistlər arasında çox məşhurdur. Palm Jumeirah dünyada ən böyük süni ada sayılır. “Nakheel Developer” şirkəti tərəfindən inşa edilən ada palma şəklindədir. Orada əsasən super-lüks villa və otellər yerləşir. Lakin hazırda adada Dubayın hotel bazarında yeni trend olan orta qiymətli hotelin tikintisi də aparılır. 192 otaqdan ibarət yeni hotel 2017-ci ildə təhvil veriləcək. Yeri gəlmişkən hoteldə 10 lüks nömrə də xidmət göstərəcək. Hansı ki, onlara giriş açarla olmayacaq.

Adada eyni zamanda yeni çimərliyin salınması, ticarət mərkəzinin tikintisi nəzərdə tutulur. “The Palm Promenade” adlandırılacaq yeni kompleksə çoxmənzilli yaşayış evləri, iaşə şirkətləri daxil olacaq.

“Jumeirah Beach Residences & Marina”

Dubayın investisiya yatırmaq üçün ən münasib rayonlarından biridir. “Jumeirah Beach Residences & Marina” coğrafi baxımdan da əlverişli zonada yerləşir. Belə ki, rayon Burc Əl Ərəb şəhəri və Mall of the Emirates ilə qonşuluqda yerləşir.

Dubayın digər rayonları kimi burada da geniş investisiya layihələri – 1,6 milyard dollar dəyərində “Bluewaters” adasının inşası planlaşdırılır. Bunun üçün Expo 2020-dən əldə olunacaq gəlirlərə ümid bəslənilir.

“Downtown” və “Business Bay”

“Downtown Dubai” şeyx Zayed magistral yolunun yaxınlığında yerləşir. Bu rayon özünün möhtəşəm tikililəri ilə məşhurdur. Məsələn, Bürc Xalifə, ticarət mərkəzi Dubay Ticarət Mərkəzi (Dubai Mall), rəqs edən Dubay Fəvvarələri məhz orada yerləşir.

“Business Bay” isə biznes sektorunun mərkəzi sayılır. Düzdür, son illər iqtisadi böhran bu rayona da təsir edib. Amma gələcəkdə “Downtown Dubai”də “MBR City” – “District One” kimi layihələr planlaşdırılır. Bu şəhər içində şəhər layihəsi olacaq. Orada eyni zamanda dünyanın ən böyük süni çimərliyi salınacaq. Hansı ki bütün bunların maya dəyəri 10 milyard dollardır.

Şeyx Zayrd magistralı

Şeyx Zayed əmirliyin əsas magistral yoludur. Bura təkcə yol deyil, Dubayın müasir iş həyatının ayrılmaz hissəsidir. Magistralın ətrafında şirkətlərin ofisləri, otellər, yaşayış binaları, gecə klubları və sair yerləşir. Ərəblər burada 3 milyard dollar dəyərində özündə Avropa sayağı bulvarı, hotelləri əks etdirən yeni bir layihə - “Al Habtoor City”ni reallaşdırmaq istəyirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm