Ekopublika.az
Bakıda kommersiya obyektlərinin kirayəsi bahalaşıb - CƏDVƏL
2014-cü ilin fevral ayı ərzində qeyri-yaşayış sahələri bazarında yanvar ayı ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin artımı ilə yadda qalıb.
Publika.Az "MBA Consulting Group"un ekspertlərinə istinadən bildirir ki, qiymətlərin sıçrayışlı artımı isə öz növbəsində investorlar üçün bazarı cəlbedici edib.
Ümumilikdə, ay ərzində ümumi satış portfelində təklifin azalma baş verib: “Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox azalma mağaza və yer seqmenti üzrə qeydə alınıb. Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə artım qeydə alınıb. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində -3.98% azalaraq 301 ədəddən 289 ədədə enib. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı kommersiya bazarının ümumi tendensiyasına uyğun olaraq -1.77% azalaraq 113 ədəd təşkil edib”.
Bazar iştirakçıları deyir ki, satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 65%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 17% və 15% paya sahibdilər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 2%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 1%-nə malikdirlər.
Məlum olur ki, qeyri-yaşayış obyektlərinin orta sahəsi fevral ayı üçün 196.2 kv.m təşkil edib. Bu da öz növbəsində ötən aya nisbətən 7.39% artıb. Artıma əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifin artması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Binəqədi rayonunda boş yer qeydə alənmışdır, 1500 kv.m, ən az sahəyə isə Səbail rayonunda, MUM yaxınlığında 13 kv.m sahəyə malik olan yer qeydə alınıb: “Əvvəlki aylarla müqayisədə kommersiya bazarında müşahidə edilən dinamika sözsüz ki, orta qiymətə təsirsiz ötüşməyib. Fevral ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə 3.94% artaraq 4259 $/kv.m təşkil edib. Aktivliyin artması, obyektlərin satışının ekspozisiya müddətinin -1.36% azalmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 145 gün təşkil edib.
2014-cü il fevral аyındа qеyri-yаşаyış sаhələrinin аlqı-sаtqısı qiymətlərində 6.02% artım, obyektlərin icаrəsi bаzаrındа isə -4.06% azalma müşаhidə olunub. Bаkı şəhəri üzrə 1 kv.m qеyri-yаşаyış sаhəsinin оrtа qiyməti (təklif üzrə) qеydə аlınаn 4017 $/kv.m-dən artaraq 4259$/kv.m, icarə qiymətləri isə 21.16 $/kv.m/ay azalaraq 20.30 $/kv.m/ay təşkil edib. Fevral ayında qiymət indeksi ötən ilin müvafiq ayına nəzərən isə artıb.
Sahələr | yan 2014 | fev 2014 | % |
mağaza | 3883 | 4211 | 8,45% |
Yеr | 3928 | 4086 | 4,02% |
xidmət | 4300 | 4458 | 3,67% |
Оfis | 2342 | 2421 | 3,37% |
zirzəmi | 1011 | 1030 | 1,88% |
sənаyе | 633 | 635 | 0,32% |
ortа qiymət | 4259 | 4427 | 3,94% |
Zonalar üzrə obyektlərin icarə qiymətlərində əks dəyikliklər qeydə alınıb.
Zonalar | yanvar 2014 | fevral 2014 | artım (azalma)% |
I zona |
23,59 | 27,7 | 17,4% |
II zona | 19,87 | 20,42 | 2,8% |
III zona | 14,4 | 15,26 | 6,0% |
IV zona | 7,92 | 7,95 | 0,4% |
ortа qiymət | 21,16 | 20,3 | -4,06% |
Qrupun ekspertlərinin sözlərinə görə, ilk baxışda şəhər qiymətlərdə azalma olsa da, zonalar üzrə obyektlərin icarə qiymətlərində artım müşahidə edilib. Buna səbəb kimi isə zonalar üzrə təklif portfelində nəzərəçarpan struktur dəyişikliyinin nəticəsi kimi baxmaq olar.
seqmentlər | yanvar, $/kv.m | fevral, $/kv.m | artım/azalma, % |
mağaza | 33,37 | 39,69 | 18,94 |
Yеr | 21,24 | 22,88 | 7,72 |
xidmət | 16,89 | 19,21 | 13,74 |
Оfis | 15,8 | 17,2 | 8,93 |
zirzəmi | 5,0 | 5,5 | 10,00 |
sənаyе | 4,9 | 4,91 | 0,20 |
Məlum olur ki, ilin əvvəlindən başlayan qiymət artımı, fevral ayında da davam edib;
“2013-cü ildə bütünlüklə və 2014-cü ilin əvvəlində müşayət edilən bazar indikatorları 2014-cü ilin sonuna doğru rəqəmlərin daha yumşaq formada cərəyan edəcəyinə zəmin yaradır”.
Leyla
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO