Sağlamlıq
Gecələr ac qalmağın inanılmaz faydaları
“Gec saatlarda yemək yeyirsinizsə, bu vərdişdən ən qısa zamanda əl çəkin".
Publika.az xəbər verir ki, bunu fitoterapiya və qidalanma mütəxəssisi Buket Ertaş Sefer deyib.
O, gecələr acqarına yatmağın sağlamlıq üçün faydalarını izah edib.
“Bu gün dəyişən həyat şəraiti gecə-gündüz balansımızı pozub. Bu dəyişiklik ən çox yemək, içmək və yatmaq saatlarımıza təsir edib. İnsanlar axşam saatlarında yemək yeyirlər, gec yatanlar isə gecə yarısına qədər qəlyanaltı edirlər. Ancaq bu, çəki artımından qan şəkəri balansının pozulmasına qədər ciddi problemlərə səbəb olur”, - dietoloq bildirib.
O qeyd edib ki, gecələr acqarına yatmağın bir çox üstünlükləri var:
“23:00-dan sonrakı saatları keyfiyyətli yuxu ilə keçirə bilən insanlar gecə aclığının səmərəliliyindən daha çox faydalana bilərlər. Bir insan saat 23:00-da yatırsa və 19:00-dan sonra heç nə yeməyibsə, bunun müsbət təsirlərini səhhətində hiss edəcək. Axşam saat 18:00-dan sonra həzm sisteminin rahatlamasını təmin etmək, qan şəkərimizi və insulin ifrazımızı azaltmaq, kofeinsiz içkilərlə keyfiyyətli yuxuya hazırlaşmaq orqanizm üçün ən yaxşı vərdişlərdəndir.
Axşam yeməyindən, yəni saat 19:00-dan sonra aclıq hiss edirsinizsə, insulini çox yüksəltməyəcək bir qidaya üstünlük verə bilərsiniz. Məsələn, xiyar, yerkökü və ya bir stəkan ayran buna misal ola bilər”.
O, böyüklər üçün tövsiyə etdiyi 14-16 saatlıq aclıq əvəzinə uşaqlarda bu müddətin 12 saat olmasını məsləhət görüb:
“Gecə yatmazdan əvvəl süd içməyin onlar üçün daha yaxşı olacağını düşünə bilərsiniz. Ancaq böyümə hormonunun xüsusilə gecələr ifraz olunduğunu xatırlamaqda fayda var. Ona görə də, həmin saatlarda həzm sisteminin çox işləməsini istəmirik. Uşaq gün ərzində kifayət qədər qidalana bilibsə, yatmazdan əvvəl nə isə yeməyinin heç bir faydası yoxdur. Gecə yemək yeməmək və acqarına yatmaq sağlamlıq üçün çox daha faydalıdır”.
B.Ertaş Sefer gecə aclığının sağlamlığa əsas faydalarını belə sıralayıb:
- Böyümə hormonunu tənzimləyir
- İmmuniteti gücləndirir
- Unutqanlığın qarşısını alır
- İnsulin müqavimətini azaldır
- Qarın piylərini əridir
- Arıqlamağı təmin edir
(Medicina.az)
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)

























