İqtisadi gündəm
Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun
Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklikdə öz əksini tapıb.
Layihədə qeyd edilir ki, qeyd olunan xərclərin və kompensasiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir.
Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcəkdir. Pul kompensasiyasının ödənilmə qaydası və məbləği də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir.
Analoji mexanizm dövlət qulluğunun digər xüsusi növlərində xidmət keçməni tənzimləyən qanunvericilik aktlarında təsbit olunmuşdur və praktikada tətbiq olunur.
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO