Ekopublika.az
“Azərbaycan Rusiyaya rəqib deyil” – Elşad Nəsirov Azərbaycanın qaz strategiyası barədə CNN-ə müsahibə verib
ARDNŞ-in Sərmayələr və marketinq üzrə vitse-prezidenti ABŞ-ın CNN kanalına “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi və 2019-cu ilə kimi Azərbaycandan Avropaya çəkiləcək qaz kəmərinin tikintisi barədə müsahibə verib.
Vitse prezident “Şahdəniz” qaz yatağı haqda danışaraq qeyd edib ki, Xəzər dənizində hasil ediləcək qazın Avropaya nəqli barədə yekun qərar 2013-cü ilin dekabrında əldə edilib. “Qazın istehsalı və 3,5 min km uzunluqda kəmərin tikintisi 45 milyard dollara başa gələcək. Layihənin maliyyələşdirilməsində 5 investor iştirak edir. Qaz kəməri bir neçə ölkədən keçəcək və müxtəlif ölkələrin 12 alıcı şirkəti tərəfindən istismar olunacaq. 2019-cu ildə 6 milyard m3 qaz Türkiyəyə, 10 milyard m3 qaz isə Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyaya ixrac olunacaq.”
“Rusiya Azərbaycan qazının əsas alıcılarından biridi. Azərbaycan qazının Avropaya satılması bu iki ölkə arasında münasibətlərə hansı şəkildə təsir edəcək?” sualına cavab verən Elşad Nəsirov qeyd edib ki, Azərbaycan mavi yanacaq bazarında özünü Rusiyaya rəqib kimi görmür. “Azərbaycan qazı Avropa üçün alternativ olaraq tələb və təklif arasında boşluğu dolduracaq.”
Suallara cavab verən Nəsirov deyib ki, əsas məqsəd Avropa İttifaqı ölkələrini qazla təmin etmək və qaz ixracatını şaxələndirməkdir. Bundan əlavə, Nəsirov Azərbaycanın nəinki Avropanı, hətta qonşu ölkələr Türkiyə, Gürcüstan və Rusiyanı da qazla təmin etməyə hazır olduğunu bildirib. Qazın qiyməti haqda suala cavab verən vitse-prezident bunu bazarın tələblərinə uyğun olacağını deyib.
Camalə
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi