Ekopublika.az
"Kapital Bank" sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir
Kapital Bank hüquqi şəxslərə və fərdi sahibkarlara yeni təcili ödənişlər xidmətini təqdim edir. Xidmətdən yararlanmaq üçün Müştəri Bank-da qeydiyyatdan keçmək lazımdır.
Yeni funksiya vasitəsilə Müştəri Bank-da artıq təcili köçürmələri həyata keçirmək mümkündür. Təcili olması ilə seçilən ödənişlər müştəri tərəfindən təsdiqləndikdən sonra bank tərəfindən prioritet verilərək ən sürətli köçürmə kanalı vasitəsilə qarşı tərəfə köçürüləcək.
Yeni imkanın özəlliyi sahibkarlara işin çox olduğu vaxtda, təcili işgüzar sövdələşmələri maneəsiz və heç kimə müraciət etmədən çevik həll etməkdə şərait yaradacaq. Sahibkarlar Müştəri Bank ilə digər əməliyyatlar kimi təcili köçürmə əməliyyatını da rahatlıqla onlayn həyata keçirə biləcəklər.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO