Ekopublika.az
Rusiya ilə Polşa qaz savaşına başladı
Rusiyanın ən böyük təbii qaz şirkəti “Qazprom”un Polşaya ixrac etdiyi qazı 45 faiz nisbətində azaldıb.
Publika.az xəbər verir ki, buna səbəb Polşanın tərs axın üsuluyla Ukraynaya qaz verməsi olub. Belə ki,
Kiyev və Moskva arasındakı anlaşılmazlıq səbəbindən Rusiyadan bu ölkəyə təbii qaz təhcizatı dayandırılmışdı.
Əvəzində isə Ukrayna qaz ehtiyacını Polşa üzərindən gələn boru xəttlərindən tərs axın üsuluyla təmin edirdi. Bundan qəzəblənən Rusiya Polşaya qaz icracının həcmini azaldıb. Maraqldıdır ki, “Qazprom” göndərilən qazın həcmində enmə olmadığını bildirir. Rəsmi Varşava isə azalma olduğunu iddia edir.
Polşanın dövlətə aid qaz şirkəti PGNiG bazar ertəsi günü 20 faiz, çərşənbə axşamı 24 faiz nisbətində azalma təsbit etdiklərini açıqlayıb.
“PGNiG”nin spikeri Rafal Pazura bildirib ki, artıq eniş nisbəti 45 faizə çatıb: “Səbəbin nə olduğunu söyləmək çətindir. Çünki “Qazprom” göndərdiyimiz məktublara hələ cavab verməyib. İnanırıq ki, problem texniki qəzadan qaynaqlanır".
Avropa Birliyi isə qonşu ölkələr arasında yaşanan təbii qaz anlaşılmazlığının həll edilməsi üçün tərəfləri bir araya gətirməyə hazırlaşır: "Polşa tərəfindən bizlərə Rusiyadan gələn qaz axışında azalma olduğu bildirilib. Bu mübahisəni sona çatdırmaq məqsədilə tərəflərlə görüşdük, Ukrayna, Rusiya və bizim (AB) da qatılacağımız görüş sentyabrın 20-də Berlində olacaq”.
Xatırladaq ki, Avropa Birliyi və Amerikanın sanksiyalarına hədəf olan Rusiyanın təbii qaz nəhəngi “Qazprom”un gəlirlərində bu ilin ilk rübündə keçən ilin eyni dövrünə nisbətlə 41 faiz azalma baş verib.
İqtisadiyyat şöbəsi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO







































